"Barselona"nın yarımmüdafiəçisi Usman Dembele yenidən zədələnib.
Apasport.az saytının məlumatına görə, bu gün fransalı oyunçu tibbi yoxlanışdan keçib.
Ulduz futbolçunun sağ ayağında baldırın ikibaşlı əzələsində şiddətli yırtıq aşkarlanıb. 4 ay müddətinə sıradan çıxan Dembele artıq mövsümü başa vurub.
Dembelenin sıradan çıxması "Barselona"ya yeni oyunçu transfer etmək imkanı verib. İspaniya Futbol Federasiyasının qaydalarına əsasən, bir futbolçu zədələndikdən sonra 5 ay müddətinə sağalıb yaşıl meydanlara dönməsə, həmin klub La Liqada çıxış edən və ya azad agent olan oyunçu heyətinə qata bilər. Dembele isə ötən ilin noyabrından bəri komandadan ayrı qalıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı