Yeni transferini UEFA-ya sifariş etdi – “Qarabağ”
02.08.2021 - 14:20
Konfrans Liqasının III təsnifat mərhələsində AEL-lə qarşılaşacaq “Qarabağ” yeni transferi Bəhlul Mustafazadəni iştirak ərizəsinə daxil edib.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan millisinin üzvünün adını UEFA-ya göndərib.
24 yaşlı mərkəz müdafiəçisi qitə futbol qurumuna təqdim edilən 25 nəfərlik sifariş ərizəsində yer alıb. Kipr klubu ilə matçlar üçün 3 qapıçı, 10 müdafiəçi, 10 yarımmüdafiəçi və 2 hücumçu baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.
Qeyd edək ki, “Qarabağ”la AEL arasında il oyun avqustun 5-də “AEK Arena”da keçiriləcək.
0
0