Yeni transferini açıqladı - “Sabah”
08.08.2021 - 12:25
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az klubun saytına istinadən məlumat verir ki, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla 3 illik müqavilə bağlanıb.
“Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011-2013), “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016-2019), Qətərin “Al-Vakra” (2019-2021) və “Qatar” (2020/21) klublarında çıxış edib.
Kristian “Sabah”da 11 nömrəli formada çıxış edəcək.
0
0