“Arsenal”ın hücumçusu Aleksandr Lyakazett “Barselona”nın hədəfindədir.
Apasport.az saytının məlumatına görə, kataloniyalılar Dortmund “Borussiya”sından Erlinq Halandı ala bilməsə, 31 yaşlı forvardla anlaşmağa çalışacaq.
Fransa millisinin sabiq üzvünün “Arsenal”la hazırkı müqaviləsi mövsümün sonuna qədərdir. Hücumçu yayda “Barsa”ya azad agent kimi keçə bilər. Bu baş verərsə, Lyakazett yenidən Pyerr-Emerik Obameyanqla tandem təşkil edəcək. Onunla sabiq komandası “Lion” da yaxından maraqlanır.
Qeyd edək ki, Lyakazett bu mövsüm “Arsenal”ın heyətində 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə verib.