Yığma iki pillə gerilədi
30.09.2019 - 12:01
Yığma iki pillə gerilədi

Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.

APA-nın məlumatına görə, Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olub.

Rusiyanın Həştərxan şəhərində keçirilən “Caspian Cup” turnirində sonuncu yeri tutan yığmamız dünya reytinqində geriləyib. Hesabında 1399 xal olan milli 11-ci yerdən 13-cü pilləyə yuvarlanıb.

İki addımlıq geriləməyə səbəb olan turnirdə Joze Alesionun yetirmələri Rusiyaya 1:2, Qazaxıstana 2:5 hesabı ilə uduzub, İranla heç-heçə edib.

Qeyd edək ki, 1847 xala malik Braziliya millisi cədvəlin 1-ci pillədə qərarlaşıb.