Yığmada baş məşqçi postuna əsas namizəd
29.11.2021 - 11:09
Yığmada baş məşqçi postuna əsas namizəd

Oskar Tabareslə yollarını ayıran Uruqvay millisinin baş məşqçi postuna əsas namizəd müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalılar bu vəzifəyə Marselo Qalyardonu gətirməyə qərar verib.

Hazırda Argentinanın “River Pleyt” klubuna başçılıq edən 45 yaşlı mütəxəssisə müqavilə də təklif olunub. Onunla 2024-cü ilədək anlaşma imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Qalyardo 2014-cü ildən “River Pleyt”in baş məşqçisidir. Argentina klubu onun rəhbərliyi altında 355 matç keçirib. Mütəxəssisin müqaviləsi ilin sonunda başa çatacaq.