Yığmada itki
09.11.2021 - 12:16
Belçika millisi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, Yuri Tilemans yığmanın qarşıdakı iki oyununda iştirak edə bilməyəcək.
İngiltərə “Lester”inin yarımmüdafiəçisi zədə səbəbindən sıradan çıxıb. 24 yaşlı futbolçu ən azı 2-3 həftə meydanlardan kənar qalacaq.
Tilemans DÇ-2022-nin seçmə mərhələsinin noyabr matçlarını buraxacaq. O, Estoniya və Uelsə qarşı görüşlərdə komandasına kömək etməyəcək.
Qeyd edək ki, Yuri Premyer Liqanın cari mövsümündə 11 matçda 3 qol və 2 məhsuldar ötürməyə imza atıb.
0
0