Yığmada yeni baş məşqçi
03.02.2020 - 11:50
Yığmada yeni baş məşqçi

Venesuela milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Cənubi Amerika təmsilçisini Joze Pazeyru çalışdıracaq.

59 yaşlı mütəxəssis bir aydır vakant qalan postu tutub. Venesuelanın əvvəlki baş məşqçisi Rafael Dudamel ötən ayın əvvəlində istefa verib.

2009-11-ci illərdə Səudiyyə Ərəbistanına rəhbərlik edən Pazeyru milli təcrübəsinə malikdir. Onun son iş yeri 2018-ci ildə ayrıldığı Portuqaliya “Sportinq”i olub.

Mütəxəssisin qarşısına çətin vəzifə qoyulub. O, yığmanı DÇ-2022-nin final mərhələsinə daşımalıdır.