Yığmamız niyə irəliləyib? – FİFA reytinqində
18.12.2020 - 14:05
Yığmamız niyə irəliləyib? – FİFA reytinqində

Qadınlardan ibarət Azərbaycan millisinin FİFA reytinqində irəliləməsinin səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, avqustdakı cədvəldə 1321 xalla dünyanın 76-cısı olan yığmamız hesabat dövründə Polşa və Çexiyanın hərəsindən üç cavabsız qol buraxıb.

Bu məğlubiyyətlər komandamızın 2 xal itirməsi ilə nəticələnib. Yığmanın aktivində artıq 1319 xal var.

Məğlubiyyətlər və xal itkisi fonunda milli reytinqdə 72-ci sıraya yüksəlib. Bu 4 addımlıq sıçrayışın səbəbi isə heç də Siyasət Əsgərovun komandası ilə bağlı deyil.

Bunun səbəbi daha reytinqli yığmaların cədvəldən kənarlaşdırılması ilə bağlıdır. Məsələ ondadır ki, FİFA aktiv olmayan komandaları cədvəldən xaric edir. Bu, hər hansı bir yığmanın 18 ay ərzində heç bir matça çıxmadığı halda baş verir. 

Bu gün açıqlanan reytinqdə 18 yığma “yox olub”. Bunlar avqustda siyahıda olan, lakin son 18 aydakı susqunluğa görə kənarlaşdırılan komandalardır.

Onlardan beşi Azərbaycandan öndə idi. Bunlar KXDR (ötən reytinqdə 10-cu), İordaniya (58), Peru (65), İran (70) və Ekvatorial Qvineye (71) milliləridir. Əvəzində 4 ay öncə aktiv hesab edilməyən Ekvador geri və millimizdən ön pillələrə qayıdıb. Bütün bunlar da Azərbaycan millisinin irəliləyişinə səbəb olub.
 

0