Yığmamızdan qollu sülh
30.11.2021 - 20:17
Yığmamızdan qollu sülh

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Apasport.az saytının məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində meydan sahibləri ilə üz-üzə gəlib.

BƏƏ-nin U-16 komandası ilə oyun 1:1 hesabı ilə nəticələnib. Millimizin heyətində Elton Mikayılov fərqlənib. 

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun dekabrın 2-də keçiriləcək.