Yığmamızı zəhərləyən klub və ya “Sumqayıt”da əcnəbi yoxdur? - ARAŞDIRMA
29.11.2021 - 12:01
Yığmamızı zəhərləyən klub və ya “Sumqayıt”da əcnəbi yoxdur? - ARAŞDIRMA

Azərbaycan futbol sektorunda hərənin sığındığı bir yalan var.

Apasport.az saytının məlumatına görə, istər AFFA, istərsə də klublar doğru bildikləri bəhanələrlə özlərini aldadırlar.

Məsələn, AFFA əcnəbi baş məşqçiləri bəh-bəhlə gətirir, müqaviləsinin bitməsinə az qalmış bütün günahlar onun üstünə atılır. “Neftçi” isə yerli məşqçilərin başına eyni oyunu açır.

AFFA-dan maliyyələşən “Keşlə” ilə “Səbail”in adı var, özləri yoxdur. Onlar da belə günü-günə satırlar. Ortancıl “oğul” hesab edilən “Sumqayıt”da isə “yerli futbolçular” adı altında çox “oyunlar oynanılır”. Klub prezidenti Riad Rəfiyev hər açıqlamasında “bizim prinsipimiz var, əcnəbi gətirmirik” deyir, amma hamıdan çox əcnəbini elə onlar özləri gətirirlər. Nə hikmətdirsə, gətirdikləri əcnəbilər də qısa müddət sonra yığma komanda üçün milliləşdirilir. Nədi-nədi ad-soyadları gələn kimi azərbaycanlı vətəndaşlığı almağa uyğun gəlir. Axı Cəmaləddin, Əli, Höccət, Murad, Rəhim, Səid adları ölkəmizdə az deyil. Yaxşı ki, Lionel, Kriştiano və ya Messiyev, Ronaldoyev kimi soyadlarımız yoxdur. Yoxsa, Riad bəy AFFA-dakı abisinin də rizası ilə onlara da “qarmaq atardı”.

“Sumqayıt”ın ötən mövsüm çempionatda 3-cü yeri tutması başından hündürə tullanmaq idi. Bunun da səbəbkarı rəhbərlik yox, baş məşqçi Ayxan Abbasov idi. Çünki məhz Abbasovun qurduğu sistem, stabil oyun sayəsində komanda bürünc ala bildi. Ancaq bunun davamını gözləmək absurd olardı. Baş məşqçi də çox gözəl başa düşür ki, keyfiyyətli əcnəbi olmadan davamlılığı qorumaq mümkün deyil. “Sumqayıt”ın İrandan, Rusiyadan, Ukraynadan “otxodlar” gətirməsi isə bu komandanı gücləndirmək məqsədi daşımır. Hər kəs çox gözəl bilir ki, “Sumqayıt” o əcnəbilərin yığma üçün tramplinidir.

Bu mövsüm “kimyaçılar”ın heyətində 7 əcnəbi meydana çıxıb. Bəli, nə Dmitri Nağıyev, nə Əli Qurbani, nə Höccət Haqverdi, nə Murad Xaçayev, nə də Rəhim Sadıxov mənim üçün yerlidir. Çox maraqlıdır ki, “biz əcnəbisiz oynayırıq” deyirlər, ancaq Camaləddin Xocaniyazovu Rusiya, Səid Rzanı isə İran vətəndaşı kimi qeydiyyatdan keçiriblər. Bu 7 oyunçudan isə yalnız Camaləddin Xocaniyazov və Rəhim Sadıxovu Azərbaycan səviyyəsində orta futbolçu saymaq olar.

Boş-boş yerli nağılları ilə özlərinə təsəlli verməkdənsə, bu lazımsızların yerinə elə, həqiqətən də, normal əcnəbi gətirsələr, həm baş məşqçilərinə işləmək üçün şərait yaratmış olarlar, həm də Azərbaycan futboluna xeyir verərlər. “Sumqayıt” rəhbərliyinin getdiyi indiki yol baş məşqçinin əl-qolunu bağlamaqdan və Azərbaycan millisini zəhərləməkdən başqa bir şey deyil.

“Sumqayıt”ın heyətində bu mövsüm meydana çıxan milliləşdirilən oyunçular və əcnəbilər:

Futbolçu

Oyun

Dəqiqə

Qol

Sarı

Qırmızı

Camaladdin Xocaniyazov

12

1080

0

0

0

Rəhim Sadıxov

12

1065

3

2

0

Höccət Haqverdi

11

990

1

5

0

Dmitri Nağıyev

11

662

0

1

0

Əli Qurbani

10

843

1

2

0

Səid Rza

9

415

1

2

0

Murad Xaçayev

8

507

1

2

1

İbrahim Rəsul