DÇ-2022-nin seçmə mərhələsinin Serbiya – Azərbaycan matçı Avropanın Top-klublarının da diqqət mərkəzindədir.
Apasport.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, bir neçə nəhəng klub millimizin rəqibinin hücumçusu Duşan Vlahoviçin durumunu müntəzəm izləyir.
21 yaşlı forvardın “Fiorentina” ilə müqaviləsini uzatmaqdan imtina etməsi 5 komandanı hərəkətə gətirib. Konkret olaraq “Arsenal”, “Tottenhem”, “Mançester Siti”, “Atletiko” və “Yuventus” Vlahoviçi heyətinə qatmaq niyyətindədir. Mövsümün əvvəlindən onun oyunlarını diqqətdə saxlayan adıçəkilən klubların seleksiyaçılarının bugünkü matçı tribunadan izləməsi də istisna edilmir.
Qeyd edək ki, Belqradda keçiriləcək Serbiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər