“İki fərqli hissə oynadıq. Birinci hissənin əvvəlində səhv etdik və rəqib bu səhvdən istifadə edib qol vurdu”.
Apasport.az saytının məlumatına görə, bunu qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsində keçirilmiş Monteneqro - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Siyasət Əsgərov deyib.
0:2 hesabı ilə uduzan millimizin çalışdırıcısı məğlubiyyətin səbəblərini açıqlayıb: “Qoldan sonra toparlanmağa başladıq və çalışdıq ki, qol vuraq. Təəssüf ki, bu, alınmadı. İkinci hissədə sistemdə bəzi dəyişikliklər etdik və rəqibi meydançada sıxmağa başladıq ki, müdafiədən çıxa bilməsin. İkinci hissəyə çox yaxşı başlamışdıq, qol vurmaq üçün imkanlarımız oldu. Lakin bu şanslardan istifadə edə bilmədik. Məğlub olmamaq üçün komanda irəli atılmışdı, ancaq təəssüf ki, ikinci qolu buraxdıq. Planda belə bir məğlubiyyət yox idi, buraya xal almağa gəlmişdik”.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə keçirdiyi hər 3 görüşdə məğlub olub.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir