Yığmanın baş məşqçi postuna əsas namizəd
02.12.2021 - 12:10
Yunanıstan millisinin baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Ellada təmsilçisi bu vəzifəyə Manolo Ximenesi gətirmək istəyir.
Yunanıstan Futbol Federasiyası xarici məşqçi gətirməkdə maraqlıdır. AEK-ə rəhbərlik etmiş mütəxəssis bu vəzifəyə əsas namizəddir.
Qeyd edək ki, Ximenes 2007-10-cu illərdə “Sevilya”nı çalışdırması ilə tanınır.
0
0