Sabah Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparan yığmamız Lüksemburqla üz-üzə gələcək.
“Stad de Lüksemburq”da təşkil olunacaq qarşılaşma komandamızın tarixində 270-ci sınaq olacaq. İlk görüşünü 1992-ci il sentyabrın 17-də Gürcüani şəhərində Gürcüstan yığmasına qarşı oynayıb, 3:6 hesabı ilə uduzan komandamız indiyədək 269 matça çıxıb.
Hesabında 51 qələbə və 73 heç-heçə olan yığma 145 dəfə uduzub. Əvvəlki 269 qarşılaşmada 199 qol vuran futbolçularımız 445 top buraxıb.
Komandamız rəqib qapısına yol tapsa, tarixinin yubiley – 200-cü qolunu vuracaq. Ötən il iyunun 6-da Kişinyovda Moldova ilə qarşılaşmaya da eyni arzu ilə çıxan yığma yubileyi təxirə salmışdı – 0:1.
Bu, millimizin baş məşqçi Canni de Byazinin rəhbərliyi altında 14-cü sınağı olacaq. İtaliyalı çalışdırıcı ilə keçirilən əvvəlki 13 matçda komandanın hesabında cəmi 2 qələbə var. 4 heç-heçəsi olan milli oyunların yarıdan çoxunda - 7 məğlubiyyət alıb. Futbolçularımız bu görüşlərdə 7 dəfə fərqlənibsə, rəqiblər 13 qola sevinib. Onun rəhbərliyi altında keçirilən 8 rəsmi xarakterli görüşdə 1 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət qeydə alınıb. 3 qol vuran yığma 7 top buraxıb.
Lüksemburqla qarşılaşma rəsmi turnirlərdə 141-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 140 oyuna çıxan komanda indiyədək 16 qələbə qazanıb və 30 heç-heçə edib. Milli indiyədək 94 dəfə uduzub. Rəqib qapılarına 80 qol vuran futbolçularımız indiyədək 282 top buraxıb.
DÇ-lərdə 61-ci matça çıxacaq komandamızın 7 qələbəsi var. 14 heç-heçə edən milli 39 dəfə uduzub. Əvvəlki 60 seçmə oyunda 30 qola sevinən futbolçularımız 107 top buraxıb.
Lüksemburq sınağı millinin tarixində 137-ci səfər matçıdır. Rəqib meydanlarında 16 qələbə və 28 heç-heçəsi olan komandamız 92 dəfə uduzub. Bu görüşlərdə 80 qola sevinən futbolçularımız 290 top buraxıb.
Qeyd edək ki, Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
- Bir dövrün sonu - MESSİ MİLLİDƏKİ KARYERASINI BAŞA VURDU