Yüksək Liqa klubu Azərbaycan çempionatından kənarlaşdırıldı
08.04.2022 - 15:02
Yüksək Liqa klubu Azərbaycan çempionatından kənarlaşdırıldı

“Xilə” komandası futzal üzrə Yüksək Liqadan kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA İntizam Komitəsi verib.

Buna səbəb komandanın “Ekol”la matçda gəlməməsidir. Ancaq “Xilə” 0:5 hesablı texniki məğlubiyyətlə canını qurtara bilməyib. Adıçəkilən komanda üzrlü səbəb olmadan üçüncü dəfə qarşılaşmaya gəlmədiyi üçün yarışdan xaric olunub.

“Xilə” çempionat oyunlarının 50 faizii keçirdiyi üçün bütün qalan oyunlarda ona 0:5 hesabı ilə məğlubiyyət verilib.