Yunanıstanda yox, Kiprdən təklif alıb – Emil Balayev
17.03.2020 - 13:12
Yunanıstanda yox, Kiprdən təklif alıb – Emil Balayev

Azərbaycan millisinin qapıçısı Emil Balayev "Panatinaikos"a keçməyəcək.

Apasport.az saytının məlumatına görə, “Zirə”nin qolkiperi Afina klubunun maraq dairəsində deyil.

Yunanıstan mətbuatı Balayevin “Panatinaikos”un gündəmində olduğu barədə məlumat yaysa da, bu, həqiqəti əks etdirmir. Ancaq onun Kiprə yollanmaq ehtimalı olduqca yüksəkdir. Qış fasiləsində Belçika, Norveç və Polşa klublarının diqqətini cəlb edən Emili “Anortosis” heyətində görmək niyyətindədir.

Famaqusta təmsilçisinin gürcüstanlı baş məşqçisi Temuri Ketsbaya həmyerlisi Giorgi Loriya ilə rəqabət apara biləcək qapıçı axtarışındadır və bu mənada əsas hədəf Balayevdir. Qapıçının “Zirə” ilə müqavilə müddəti yaya qədər olduğundan, Emil Kipr klubuna azad agent kimi keçə bilər.

Qeyd edək ki, “Anortosis” Azərbaycanda çıxış edən daha bir futbolçuya - "Neftçi"nin yarımmüdafiəçisi Dario Frederikoya da maraq göstərir.