Yunanıstandan təklif - Emil Balayevə
16.03.2020 - 13:27
Yunanıstandan təklif - Emil Balayevə

Azərbaycan millisinin qapıçısı Emil Balayev karyerasını yenidən ölkə xaricində davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Panatinaikos” 26 yaşlı qolkiperin xidmətində maraqlıdır.

Yunanıstan təmsilçisi mövsümün sonunda heyətini azad agent statusu daşıyacaq bir qapıçı ilə gücləndirmək niyyətindədir. Məşqçilər korpusunun siyahısında 4 qapıçının adı var ki, onlardan da biri məhz Balayevdir. Bir müddət əvvəl “Zirə” ilə müqavilə bağlayan Emilin bakılılarla müqavilə müddəti yaya qədərdir. Bu isə “Panatinaikos” rəhbərliyini keçid üçün həvəsləndirən məqamdır. Yunanlar Balayevlə yanaşı, Fabiano, Klaudio Ramos və Yorq Sibenhandla maraq göstərirlər. Bu 4 qolkiperdən birinin yayda Afinaya köçməsi gözlənilir.

Qeyd edək ki, Emil Balayev qış fasiləsində “Tobol”dan ayrılaraq “Zirə”yə keçib.