“Böyümək, gücünə əlavə etmək lazımdır. “Benfika” öz çempionatlarında olmaq istədiyi yerdə deyil, amma güclü rəqibdir”.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsində “Benfika” ilə qarşı keçiriləcək ilk oyun haqda danışarkən deyib.
Almaniyalı çalışdırıcı Portuqaliya klubu ilə matçda səhvsiz oynamağa çalışacaqlarını söyləyib: “Hamımız bilirik ki, uğursuzluq, kiçik bir səhv hər şeyi bitirə bilər. Amma bizim üçün bu problem deyil. Yeni çağırışa hazırıq. Bizə ehtiras, psixoloji sabitlik və həyəcan lazımdır. Həm futbolçu, həm məşqçi, həm də komanda kimi inkişaf etməlisən. Zaman keçdikcə hər şeyi daha sakit tərzdə mühakimə etməyə başlayırsan. Bu bir təcrübədir. Əvvəllər hesab 1:0 olanda dəli kimi qaçmağa davam edirdik. İstəyirəm ki, futbolçularım doğru düşünsünlər”.
Qeyd edək ki, bu gün keçiriləcək “Benfika” – “Liverpul” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.