Moskva "Dinamo"sunun sabiq məşqçisi Yuri Nikiforov yerli mətbuata geniş müsahibə verib.
Apasport.az saytının məlumatına görə, Dmitri Xoxlovun dönəmində onun köməkçiliyini etmiş Nikiforov Premyer Liqa təmsilçisinin sabiq hücumçusu Ramil Şaydayev haqda da danışıb.
- Ramil Şeydayevi komandaya niyə cəlb etmişdiniz?
- Bizimlə Avstriyadakı ilk təlim-məşq toplanışına gedən Lutsenko ilə müqavilə başa çatdı. Hansı şərtlərlə uzadıla bilərdi, bu rəhbərliyə aiddir. Bəlkə də, maliyyə məsələsində razılaşmadılar. Və ya onu əsas hücumçu sayılmadığını başa düşdülər. Klub hücum xətti üçün keyfiyyətli oyunçu axtardığını gizlətmirdi. Lutsenko da Tula "Arsenal"ına keçdi. Təlim-məşq toplanışında da Qrulyevə rəqib kimi yalnız Markov qalmışdı.
- Nominal yarımmüdafiəçi?
- Bəli. Ancaq gənclər komandasında daha çox hücumda istifadə olunur. Bu üzdən onu sınamaq qərarına gəldik. Yaxşı oynadı, qol vurdu, Markovdan daha yaxşı görünürdü. Ancaq mövsümə bir hücumçu ilə başlaya bilməzsən. Onlar da azad agent olan Ramil Şeydayevi heyətə cəlb etdilər. Həmin vaxt başqa variant yox idi.
- Lutsenko "Arsenal"da 7, Markov icarəyə getdiyi "Rubin"də 4 qol vurdu, Şeydayev isə "Dinamo"da qol hesabını aça bilmədi...
- Ramilin məşqçilər korpusunun etimadından şikayət etməyə haqqı yoxdur. İlk turlarda müntəzəm çıxış edirdi. Çox çalışdı, amma qol vura bilmədi.
- Bunun üçün nə çatmadı?
- Fikrimcə, ustalıq. Düzdür, gənclər komandasında və "Zenit-2"də bombardirlər arasında idi. Amma "Dinamo" fərqli səviyyədir. Yeri gəlmişkən, bir gün baş məşqçi Dmitri Xoxlovla Şeydayevə görə mübahisəmiz düşdü.
- Danışa bilərsiniz?
- "Ural"la matçdan əvvəl Qrulyevi hücuma buraxmağı təklif etdim. Xoxlovun cavabı isə belə oldu: "Düşünürəm ki, Şeydayev oynamalıdır". Uzun müddət mübahisə etdik, hərə öz səbəbini dedi.
- Baş məşqçini inandıra bildiniz?
- Xeyr. Belə məsələlərdə son söz həmişə baş məşqçiyə aiddir. Ertəsi gün Xoxlova dedim ki, sən haqlısan. Həmin oyunda "Dinamo" 2:0 hesabı ilə qalib gəldi, Şeydayev ikinci qola imza atdı. Topu cərimə meydanına daşıdı, Pançenko və Kirill də qarşısını ala bilmədi.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı