Yuventus” “Çelsi” ilə danışıqlara başladı – Jorjinyo üçün
07.05.2020 - 12:16
İtaliyanın “Yuventus” klubu heyətini Jorjinyo ilə gücləndirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi İngiltərə “Çelsi”sində çıxış edən yarımmüdafiəçini bu yay heyətinə qatmaqda israrlıdır.
“Ağ-qaralar” 28 yaşlı milliləşən braziliyalı ilə bağlı danışıqlara da start verib. İtaliyalılar onun üçün 40 milyon avroluq təklif göndərib.
Qeyd edək ki, Jorjinyonun “Çelsi” ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq.
0
0