“Türkiyəli futbolçuların milliləşdirilməsi yığma komandamızı gücləndirər”.
Bunu apasport.az saytına Azərbaycan yığmasının sabiq hücumçusu Zaur Ramazanov deyib.
45 yaşlı mütəxəssis əcnəbi futbolçuların AFFA tərəfindən tez-tez yığma komandalar üçün milliləşdirilməsi prosesinə münasibət bildirib. O, türkiyəli oyunçuların dəvətini dəstəklədiyini vurğulayıb: “Bilirik ki, türkiyəlilər ən azı özümüzünkülərdir. Təbii ki, hər futbolçunu da milliləşdirməmək şərtilə. Türkiyədə adətən iki yığma qururlar, birində əsas komandaya düşməyənlərdir. Həmin oyunçulardan seçib, danışıq aparmaq lazımdır. İndiyə qədər saysız-hesabsız futbolçu milliləşdirilib, bir xeyrini də görməmişik. Bir neçə dəfə soruşmuşam, deyiblər ki, onların heç birinə pul verməmişik, dəvət etmişik, gəliblər”.
Qeyd edək ki, millinin DÇ-2022-nin seçmə mərhələsində İrlandiya (0:3) və Serbiya (1:3) ilə matçlarına bir Türkiyə əsilli futbolçu – Mert Çelik çağırılıb. Lakin gənc müdafiəçi hər iki matçı ehtiyatda keçirib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər