Zədələr əl çəkmir – “Liverpul”dan
13.12.2020 - 21:44
Zədələr əl çəkmir – “Liverpul”dan

İngiltərənin “Liverpul” klubu zədəlilərin çox olmasından qurtula bilmir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin futbolçusu Dioqo Jotanın da durumu baş məşqçi Yurgen Kloppu narahat etməyə bilməz.

Vinger 6-8 həftə yaşıl meydanlardan kənar qalacaq. Dizindən zədələnən portuqaliyalı ən yaxşı halda yanvarın sonunda komandasına qoşula biləcək. 

Qeyd edək ki, Jota cari mövsüm Premyer Liqanın 9 oyununda 5 qol vurub.