Zidan “Almeriya”da
01.02.2020 - 11:35
Zidan “Almeriya”da

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanın oğlu Entso Zidan komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi “Almaeriya”ya keçib.

Sequnda təmsilçisi anlaşmanın şərtlərini açıqlamayıb. “Real”ın yetirməsi olan fransalı 2014-17-ci illərdə Madrid təmsilçisinin gənclərdən ibarət komandalarında çıxış edib. Entso sonradan “Alaves” və Portuqaliya “Aveş”inin formasını geyinib.

Qeyd edək ki, fransalı yarımmüdafiəçi cari mövsümdə “Aveş”də 11 oyun keçirib, 2 qol vurub.