"Real"ın baş məşqçisi Zinəddin Zidan İtaliyaya köçə bilər.
Apasport.az saytının məlumatına görə, fransalı mütəxəssis "Yuventus" rəhbərliyinin maraq dairəsindədir.
Turin təmsilçisinin prezidenti Andrea Anyelli sabiq futbolçularını bu dəfə baş məşqçi kimi gətirmək niyyətindədir. O, Zizuya illik məvacibi 7 milyon funt-sterlinq olmaqla 3 illik müqavilə təklif edib. Madrid klubunun prezidenti Florentino Pereslə tez-tez fikir ayrılığına düşən 48 yaşlı çalışdırıcı da mövsümün sonunda bu keçidin əleyhinə deyil. "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədər olan məşqçi məvacibinin artırılmasını tələb edir.
Qeyd edək ki, Zinəddin Zidan 1996-2001-ci illərdə "Yuventus"un heyətində çıxış edib.