Zlatan DÇ-2022 arzusunda
03.10.2021 - 10:33
İsveç millisinin və İtaliya “Milan”ının futbolçusu Zlatan İbrahimoviçin gələcəklə bağlı planları bəlli olub.
Apasport.az saytının məlumatına görə, sabah 40 yaşını tamamlayacaq hücumçu karyerasını A seriyasında davam etdirmək niyyətindədir.
O, “Milan”la müqaviləni uzatmaq istəyir. Zlatan daha bir il “rossonyeri”nin şərəfini qorumaq fikrindədir.
Veteranın yığma ilə bağlı planları da məlumdur. O, DÇ-2022-nin final mərhələsində oynamaq arzusundadır.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0