ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər müəyyənləşib
08.10.2024 - 10:07
ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər müəyyənləşib

ABŞ çempionatının ən dəyərli oyunçusu mükafatına namizədlər bəlli olub. 

Apasport.az ESPN-ə istinadla xəbər verir ki, "İnter Mayami"nin ulduz hücumçuları Lionel Messi və Luis Suares MLS-də mövsümün oyunçusu mükafatına iddialılar arasındadır.

Tam siyahı 34 namizəddən ibarətdir.

Səsvermə oktyabrın 21-də başa çataxaq.

MLS-in müntəzəm mövsümündə Messi 18 matçda iştirak edib. Argentinalı hücumçu 17 qol vurub və 10 məhsuldar ötürmə edib. Suares də öz növbəsində 26 görüşdə forma geyinib. Uruqvaylı mərkəz hücumçusu 18 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

 

0