Abubakar üçün yeni təkliflər var
08.08.2024 - 19:58
Abubakar üçün yeni təkliflər var

“Beşiktaş”ın kamerunlu forvardı Vinsent Abubakar bu ilin yanvarından bəri özünə yeni komanda axtarır.

Apasport.az xəbər verir ki, bir neçə Braziliyi klubu hücumçunu heyətində görmək istəyir.

Türkiyə mətbuatında yayılan xəbərlərə görə, yüksək maaş təklifləri də var. Futbolçu hələ ki heç bir təklifə cavab verməyib. Onunla son əlaqə yaradan klub Mərakeş təmsilçisi “Vidad Kasablanka” olub.

Çiro İmmobilenin gəlişindən sonra İstanbul klubunun rəhbərliyi də futbolçunun mümkün qədər tez getməsində maraqlıdır.

Qeyd edək ki, Abubakar ötən mövsüm meydana çıxdığı 34 matçda 12 qol, 3 qol ötürməsi ilə yadda qalıb. Bu oyunlardan 19-da start heyətində olub.

0