İngiltərə klublarından "İpsviç Taun" qış transfer pəncərəsində heyətinə daha bir futbolçu qatıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Aston Villa"dan Ceydon Filoceni rənglərinə bağlayıb.
22 yaşlı futbolçu ilə 4 il yarımlıq müqavilə imzalanıb.
"İpsviç Taun" bu transfer üçün "Aston Villa"ya 30 milyon avrodan çox pul ödəyib.
İngilis vinger daha əvvəl icarə əsasında Çempionşip klublarından "Hall Siti"də də çıxış edib.
Xatırladaq ki, "Hall Siti" prezidenti Acun Ilıcalı vaxtilə qonaq olduğu proqramlardan birində ingilis futbolçunun çıxışına heyran olduğunu bildirmişdi:
"Bu adı bir yerə yazın. Ceydon Filocen. Bu futbolçunun nələr bacardığını və necə dəyərlənəcəyini hər kəs görəcək. O, insan deyil, Ronaldinyo kimidir".
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer