Afrika Millətlər Kuboku ilə bağlı yeni iddia
19.02.2024 - 22:22
Afrika Millətlər Kuboku ilə bağlı yeni iddia

2025-ci ildə Afrika Millətlər Kubokunun yayda keçirilməsi planlaşdırılır.

Apasport.az xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF) qarşıdakı turnirin yayda keçirilməsinə prinsipial razılıq verib.

Öncədən verilən açıqlamada növbəti turnirin 2025-ci ilin  yanvar-fevral aylarında keçiriləcəyi açıqlanmışdı. 
Son məlumatlarda isə, Mərakeşin evsahibliyi edəcəyi yarışın final mərhələsinin 2025-ci ilin iyul-avqust aylarında keçiriləcəyi iddia olunur.

Qeyd edək ki, bu gün CAF növbəti Afrika Millətlər Kubokunun ilkin mərhələsinin püşkatma mərasiminin 20 fevral 2024-cü il tarixinə planlaşdırıldığını elan etdi. Burada ən aşağı reytinqə malik 8 komanda iştirak edəcək. Bu mərhələnin ev və səfər oyunları martın 18-26-da keçiriləcək.

0