Aksel Vitsel La Liqa klubunda
23.06.2022 - 15:56
Aksel Vitsel La Liqa klubunda

Dortmund “Borussiya”sından ayrılan Aksel Vitselin yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Belçika millisinin üzvü karyerasını İspaniyada davam etdirəcək.

33 yaşlı orta sahə oyunçusu “Atletiko” ilə müqavilə imzalayıb. Ulduz futbolçu yeni mövsümdən La Liqa təmsilçisinin formasını geyinəcək. Vitselin “Borussiya” ilə sözləşməsi bitdiyindən, o, yeni komandasına azad agent kimi keçib.

Qeyd edək ki, Aksel Vitsel 2018-ci ildən bəri “Borussiya”nın formasını geyinib.
 

0