[b]AL: Malta klubundan səfər qələbəsi[/b]
27.06.2018 - 01:06
Avropa Liqasında 2018-19 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, bu gün ilkin mərhələnin bir oyunu keçirilib.
Malta təmsilçisi “Qzira Yunayted” Andorra səfərində “Sent Julia”nı 2 cavabsız qolla üstələyib.
Bu komandalar arasında cavab qarşılaşması iyulun 5-də keçiriləcək.
Avropa Liqası
İlkin təsnifat mərhələsi
“Sent Julia” (Andorra) – “Qzira Yunayted” (Malta) - 0:2
Qollar: Samb, 20 (pen.); Jorjinyo, 87
0
0