"Fənərbaxça" camiəsində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın əfsanəvi futbolçusu Ogün Altıbarmaq vəfat edib.
Sabiq oyunçu 86 yaşında dünyasını dəyişib.
O, karyerası ərzində "Karşıyaka", "Fənərbaxça", "Vaşinqton Uips" və Türkiyə millisinin şərəfini qoruyub.
Altıbarmaq 1986-88-ci illərdə "sarı-lacivərdlilər"in icraçı direktoru vəzifəsində də çalışıb.
Mərhum ötən aylarda "Fənərbaxça" prezidenti Ali Koçla mübahisə etmişdi. O, klub rəhbərinə "yeznəniz "Qalatasaray"da deyil? Bəzi şeyləri ondan soruşun", - deyə müraciət edib. Koç isə ona "Fənərbaxça" sən və sənin kimilər üzündən dibə çəkilir. Rəbbim klubu sizin kimilərdən qorusun", - deyə cavab verib.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!