[b]Almaniya zirvəni, Azərbaycan mövqeyini itirəcək[/b]
02.07.2018 - 16:36
[b]Almaniya zirvəni, Azərbaycan mövqeyini itirəcək[/b]

DÇ-2018-in arxada qalan 52 qarşılaşması FİFA reytinqinə ciddi təsir edib. Apasport.az saytının məlumatına görə, bu gün açıqlanan təxmini siyahı lider dəyişikliyinin gerçəkləşəcəyini vəd edir.

 

Belə ki, iyulun 19-da rəsmən açıqlanacaq siyahıda Almaniyanın 10 aylıq hegemonluğuna son qoyulacaq. Ötən il sentyabrından zirvəni ələ keçirən Bundestim mundialda qrupda qaldığı üçün FİFA reytinqində də geriləyəcək.

 

İndiki duruma əsasən 1-ci yerdə Braziliya qərarlaşacaq. Bununla da “sambaçılar” 2017-ci ilin aprelində yer aldığı zirvəyə 15 aydan sonra dönmüş olacaq. 3-cü pillədə isə Belçika qalacaq.

 

Bu təxminlərə görə ötən ay 105-ci olan Azərbaycan yığması da geriləyəcək. Millimizin 4 pillə aşağı yuvarlanması gözlənilir.

0