“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim dörd futbolçusunu təlim məşq toplanışında düşünmür.
Apasport.az xəbər verir ki, Amorim yay hazırlıq mərhələsi üçün heyət seçimində ciddi qərarlar verib. Portuqaliyalı mütəxəssis dörd futbolçunu komandaya daxil etməyəcək.
"The Sun" nəşrinə görə, toplanış heyətinə Markus Reşford, Ceydon Sanço, Alexandro Qarnaço və Antoni daxil edilməyib.
Buna baxmayaraq, klubdakı mənbələr bildirib ki, Amorim bu oyunçuların gələcəyi ilə bağlı qərar verməkdə tələsmir və onların vəziyyətini yaxın günlərdə daha dəqiq qiymətləndirəcək.
Böyük ehtimalla Sanço və Reşford komandada qalmayacaq. Qarnaço və Antoni ilə bağlı isə həm nizam-intizam, həm də performans baxımından Amorimin beynində müəyyən suallar var.
Yeni mövsüm öncəsi Amorimin sərt qərarları “Mançester Yunayted”də ciddi dəyişikliklərin siqnalı kimi qiymətləndirilir.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!