Amrabata yeni müştəri
28.08.2023 - 09:31
Amrabata yeni müştəri

“Fiorentina”nın futbolçusu Sofian Amrabat daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Napoli”yə keçə bilər.

Neapollular 27 yaşlı futbolçunu ələ keçirmək üçün mübarizəyə qoşulub. Amrabat “Mançester Yunayted”in də hədəfindədir.

Qeyd edək ki, Sofian ötən mövsüm 49 matç keçirib.
 

0