[b]“Araz”ın daha 2 potensial rəqibi müəyyənləşdi[/b]
25.06.2018 - 14:13
[b]“Araz”ın daha 2 potensial rəqibi müəyyənləşdi[/b]

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz”ın daha iki potensial rəqibi müəyyənləşib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, Gürcüstan klubu “Tatişvili” və İrlandiya təmsilçisi “Futsamba Naas” da turnirdə gücünü sınayacaq.

 

Bununla da iştirakçı komandaların sayı 56-ya çatıb. Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 3 ölkəni - Türkiyə, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, “Araz” mübarizəyə əsas mərhələdən başlayacaq.