Arda Gülər ​​La Liqa tarixinə düşüb
22.05.2024 - 10:58
Arda Gülər ​​La Liqa tarixinə düşüb

Arda Gülər ​​"Real Madrid" forması ilə La Liqada 6 qol vurub.

Apasport.az xəbər verir ki, gənc ulduz bu göstərici ilə liqada tarixə düşüb.

19 yaşlı oyunçu 373 dəqiqədə 6 qol vuraraq, bu uğuru 436 dəqiqədə əldə edən Kristiano Ronaldo, 605 dəqiqədə bu hədəfə çatan Ronaldo Nazario, 749 dəqiqədə nail olan Raul kimi adları geridə qoyub.

Türkiyə millisinin futbolçusu 63 dəqiqə ərzində 1 qol vurmağı bacarıb.

Qeyd edək ki, Arda Gülər ​​"Real Madrid" karyerasında 7 qolu olan Eden Hazardı keçə bilər. 

0