Türkiyəli gənc ulduz Arda Gülərin gedəcəyi yeni komanda bəlli olub.
Apasport.az İspaniya mətbuatına istinadla xəbər verir ki, La Liqanın 26-cı turu çərçivəsində keçirilən "Real" - "Sevilya" (1:0) matçında "qırmızı-ağlar"ın prezidenti Del Nidonun gənc istedadı istədiyi iddia edilib.
Matçı Santiaqo Bernabeuda izləyən "Sevilya" prezidenti Del Nido "Real Madrid" prezidenti Florentino Pereslə görüşündə Arda Güləri yayda heyətinə qatmaq istədiyini bildirib.
Qeyd edək ki, mətbuatda türkiyəli yarımmüdafiəçinin "Real" forması ilə axtardığı şansı tapa bilmədiyi üçün yeni komanda axtarışında olduğu iddia edilib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı