La Liqanın XXXIII turu çərçivəsində daha 2 qarşılaşma baş tutub.
Apasport.az xəbər verir ki, turun ilk oyun gününün gecə seansında "Jirona" doğma meydanda "Betis"i, "Real Madrid" isə "Alaves"i qəbul edib.
Azarkeşlərin 5 qola şahidlik etdiyi matçda "Betis" qələbə qazanaraq səfərdən 3 xalla qayıdıb: 3:2.
Madrid "Real"ı isə Mbappe və Vinisiusun qollarıyla "Alaves"i evə əliboş göndərib: 2:1.
Türk futbolçu Arda Güler ilk qolda Mbappeyə assist edib.
Aprel ayında bütün turnirlərdə ilk qələbəsini qazanan "kral klubu" lider "Barselona" ilə xal fərqini 6-ya endirib.
79 xalla turnir cədvəlinim vahid lideri olan "Barsa"nın ehtiyatında isə oynanmamış 1 oyunu var.
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat