[b]Argentinada vida: millidən getdi[/b]
30.06.2018 - 20:44
[b]Argentinada vida: millidən getdi[/b]

Argentina millisinin yarımmüdafiəçisi Xavyer Maskerano milli karyerasını başa vurub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu veteran oyunçu özü açıqlayıb.

 

Dünya çempionatının 1/8 final mərhələsində Fransa ilə keçirilən görüşdən sonra Maskerano bunu rəsmən bəyan edib: “Komandaya “əlvida” demək vaxtı çatdı. Bundan sonra millinin azarkeşi olacam”.

 

Qeyd edək ki, Argentina Fransaya 3:4 hesabı ilə məğlub olaraq, mundialla vidalaşıb.