"Arsenal" "Barselona"nın futbolçusu üçün 75 milyon ödəməyə hazırdır
16.04.2025 - 10:11
"Arsenal" "Barselona"nın futbolçusu üçün 75 milyon ödəməyə hazırdır

"Barselona"nın müdafiəçisi Jül Kunde İngiltərə çempionatında çıxış edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "sport.es" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Londonun “Arsenal” klubu futbolçunu transfer etməkdə maraqlıdır.

İngiltərə top klubunun rəhbərləri Kundenin keçidi üçün təxminən 75 milyon avro ayırmağa hazırdır. 

Fransalının Kataloniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Onun transfer qiyməti 60 milyondur.

Bu mövsüm Kunde 49 oyun keçirib, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.