“Arsenal” onun üçün təklif göndərdi
28.06.2022 - 00:36
“Arsenal” onun üçün təklif göndərdi

“Arsenal” mərkəz müdafiəçisi almağa qərar verib.

Apasport.az saytının məlumatına görə, “Ayaks”ın futbolçusu Lisandro Martines İngiltərə klubunun əsas hədəfidir.

Londonlular Argentina millisinin üzvü üçün 40 milyon avroluq təklif göndərib. Bu, bir neçə həftə əvvəl 25 milyon avro ödəməyə razı olan “topçular”ın ikinci cəhdidir.

Niderland klubu bu dəfə də təklifi rədd edib. Amsterdamlılar Lisandro üçün 50 milyon istəyindədir.

Qeyd edək ki, başa çatan mövsümdə 36 qarşılaşmaya çıxan argentinalı 1 qol vurub.
 

0