“Arsenal”la yollarını ayıran Cek Uilşir karyerasını Türkiyədə davam etdirməyə hazırlaşır. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu “Fənərbaxça” ilə müqavilə bağlamağa yaxındı.
26 yaşlı yarımmüdafiəçi danışıq aparmaq üçün artıq İstanbula yollanıb. Orda klub prezidenti Ali Koç, idman direktoru Damien Komolli və yeni baş məşqçi Filip Koku ilə görüşən İngiltərə millisinin üzvü “Fənərbaxça”nın bazası ilə tanış olub. Orta sahə oyunçusu “sarı-lacivərdlilər”in təklifinə ilkin razılığını verib.
Qeyd edək ki, “Arsenal”ın yetirməsi olan Cek Uilşir 2008-ci ildən bəri peşəkar futbolçu kimi bu komandanın formasını geyinib.