“Arsenal”ın futbolçusu “Milan”ın hədəfində
11.08.2022 - 23:23
“Arsenal”ın futbolçusu “Milan”ın hədəfində

“Arsenal”ın futbolçusu Albert-Mbayo Lokonqa karyerasını İtaliyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Milan”ın hədəfindədir.

“Rossonyeri” belçikalının keçidi ilə bağlı danışıqlara başlamağı planlaşdırır. Milanlılar futbolçunu yay transfer pəncərəsinin sonunadək heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Lokonta ötən yay “Anderlext”dən “Arsenal”a keçib.
 

0