"Arsenal"ın hücumçusu İspaniya klubuna keçə bilər
23.04.2024 - 14:09
"Arsenal"ın 27 yaşlı hücumçusu Qabriel Jesus komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, braziliyalı ilə "Atletiko Madrid" maraqlanır. Futbolçunun keçidini yay "transfer pəncərəsi"ndə rəsmiləşdiriləcəyi gözlənilir. Oyunçunun dəyəri 70 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, londonlular və Qabriel arasındakı müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonuna kimidir. Jesus hazırkı İngiltərə Premyer Liqasında 23 oyun keçirib. Hücumçu 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0