"Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiori yenidən İtaliya A Seriyasında çıxış edə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə “Napoli” yaxından maraqlanır.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Neapol klubunun baş məşqçisi Antonio Konte artıq yay transfer dövrü üçün heyətin gücləndirməyi planlaşdırır. İtaliyalı mütəxəssis həmyerlisini müdafiə xətti üçün vacib fiqur kimi görür.
Qeyd edək ki, "Arsenal" Rikkardo Kalafiorini 2024-cü ilin yayında "Bolonya"dan 43 milyon avroya transfer edib. İtaliya millisinin üzvü bu mövsüm Premyer Liqanın liderinin heyətində meydana çıxdığı 29 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.