“Nyukasl” yarımmüdafiəçisi Bruno Gimaraeşlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçunu cari transfer pəncərəsində “Arsenal”a buraxmaq niyyətində deyil.
“Sağsağanlar” London klubunun 55 milyon funt-sterlinqlik təklifini rədd edib. Klub rəhbərliyi Entoni Qordon və Sandro Tonalinin gedişindən sonra əsas oyunçularından daha birini itirmək istəmir.
Baş məşqçi Eddi Hau da Gimaraeşin komandada saxlanılmasını tələb edib. O, braziliyalı yarımmüdafiəçinin heyətdə qalmasını vacib sayır.
Qeyd edək ki, Gimaraeş 2025/26 mövsümündə bütün turnirlərdə 41 oyuna çıxıb, 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Nyukasl”la müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi