[b]Asensio “Real”da qalır [/b]
28.06.2018 - 12:05
[b]Asensio “Real”da qalır
[/b]

“Real”ın yarımmüdafiəçisi Marko Asensio mövsümlərarası fasilədə komandanı tərk etməyəcək. Apasport.az saytının “As” nəşrinə istinadən məlumatına görə, Madrid klubu İspaniya millisinin üzvü ilə yollarını ayırmaq niyyətində deyil.

 

Asensionun “Real”la olan müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub. Xavbekin sərbəst qalma məbləği 700 milyon avro təşkil edir.

 

Qeyd edək ki, daha öncə “Liverpul”un Asensioya görə klubuna 180 milyon avro təklif etdiyi haqqında xəbər yayılmışdı.