"Aston Villa" 40 ildən sonra bunu bacardı
13.03.2025 - 14:22
"Aston Villa" 40 ildən sonra bunu bacardı

"Aston Villa" 40 il sonra ilk dəfə Çempionlar Liqasının 1/4 finalında mübarizə aparacaq.

Apasport.az xəbər verir ki, Unay Emerinin baş məşqçilik etdiyi komanda ötən gün 1/8 finalın cavab oyunları çərçivəsində "Brügge"yə qalib gəlib - 3:0. İngiltərə təmsilçisi ilk görüşdə də Belçika klubunu üstələmişdi - 3:1.

"Aston Villa" sonuncu dəfə 1982/83 mövsümündə turnirdə 1/4 finala adlamağı bacarmışdı.  

Qeyd edək ki, “Aston Villa” 1/4 finalda Fransa PSJ-si ilə qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab matçı isə aprelin 15-də keçiriləcək.